Azərbaycan Beynəlxalq Bankından xanımlara bayram endirimi | Banco.az

Azərbaycan Beynəlxalq Bankından xanımlara bayram endirimi

Azərbaycan Beynəlxalq Bankı xanımların 8 Mart Beynəlxalq Qadınlar Gününüözəl kampaniya ilə təbrik edir. 4 mart tarixindən 7 mart tarixinə qədər bankdan plastik kart sifariş edən hər bir xanım müştəri kampaniyanın üstünlüklərindən faydalanacaq. Belə ki, VISA Gold, MasterCard Gold, Union Pay Gold kartlarını xanımlar bankdan cəmi 8 manata əldə edə biləcəklər. Kampaniya üzrə endirimli tariflər həm yeni açılmış, həm də müddəti uzadılan VİSA Gold, Mastercard Gold və Union Pay Gold kartlarına şamil olunur.

Sürprizlər bununla da bitmir. Kampaniya dövründə sifariş edilən və hədiyyə kart üçün açılmış hesaba 88 ş.v (kartın valyutasından asılı olaraq AZN/USD) mədaxil edən qadın müştərilərə AMEX Green kartı 1 illik müddətə hədiyyə olunacaq. AMEX Green kartına eyni hesaba bağlı və müştərinin öz adına əlavə Mastercard Gold kartı da 1 illik müddətə pulsuz təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır. Çoxsaylı beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir. Ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankı elektron xidmətlər sahəsində liderdir. Bankın plastik kartlarını bu linkdən onlayn sifariş etmək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.