"Problemli kreditlərin dövlət tərəfindən həlli banklara böyük dəstəkdir".
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Problemli kreditlərin həlli ciddi kapital problemi olan bankları tam sağlamlaşdıracaqdır. Digərlərinə çox böyük dəstək olacaqdır. Bank sektorunda ucuz kredit resursu yaradılır. Banklarucuz, uzun müddətli resurs alacaqlar.
Bir tərəfdən banklar balanslarından pis kreditləri çıxardırlar və kapital dəstəyi alırlar, həm də ucuz və uzunmüddətli vəsait əldə edirlər”,- Baş bankir deyib.
Qeyd edək ki, banklar bir neçə ildir problemli kreditlərə görə ehtiyat yaradıblar. Bu ehtiyatlar bankların əməliyyat mənfəəti və kapitalları hesabına formalaşdırılıb. 10 min manatadək dollarda, 17 min manatadək Manatda olan problemli kreditlər restrukturizasiya olunacağından problemli kredilər ortadan qalxacaq və ehtiyatlar azad olacaqdır. Azad olunan ehtiyatlar bankların cəmi kapitalının artmasında özünü göstərəcəkdir.
Marja