İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin fevral sayı təqdim olunub.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.
Göstərilib ki, 2019-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. 2018-ci ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb.
“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır.
Marja