Beynəlxalq valyuta birjalarında dolların bahalaşmasına baxmayaraq, təzyiqlər qalmaqda, Türkiyə iqtisadiyyatına dair spesifik risklər də diqqət mərkəzində.
Foreks: Dolların bahalaşması korrektiv qiymətləndirilir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində 0.5%-lik bahalaşma müşahidə edilib. Lakin uzun müddətli perspektivdə dolların yenidən ucuzlaşmağa başlaya biləcəyi proqnozları güclü olaraq qalır.
Avro yenidən bahalaşa, Lirə ucuzlaşmaqda davam edə bilər
EUR/USD məzənnəsi də ucuzlaşaraq, yenidən 1.14$-ın altında ticarət edilsə də yenidən 1.14$-i yuxarı istiqamətdə qırarsa, 1.15$-a kimi bahalaşa bilər. Türkiyə birjalarında da USD/TRY məzənnəsi 5.34TL-yə kimi bahalaşıb. Lakin lirənin 5.39TL-yə kimi ucuzlaşmaqda davam edə biləcəyi proqnozlaşdırılır.
Avrozona və ABŞ-ın istehsal sektorları diqqət mərkəzində
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozona və ABŞ-ın istehsal sektorlarında biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir.
İnvestAz