“AtaBank” - da YENİ TƏYİNAT! | Banco.az

“AtaBank” - da YENİ TƏYİNAT!

“AtaBank” - da YENİ TƏYİNAT olub.

Banco.az xəbər verir ki, “AtaBank” ASC-nin yeni yaradılmış Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib. 

Qeyd edək ki, Oruc İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.    

Məlumat üçün bildirək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.