2018/19-cu il mövsümün ilk 5 ayı ərzində (sentyabr-yanvar) Azərbaycan Qazaxıstandan 179,4 min ton buğda idxal edib.
Bu barədə ölkənin Taxıl İttifaqının Ekspertlər Şurasının üzvü Yevgeni Karabanov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Qazaxıstan 4,1 mln. ton buğda və buğda ekvivalentində un ixrac edib ki, bu da illik müqayisədə 11% çoxdur. Bunun 2,7 mln. tonu buğda olub.
5 ay ərzində Qazaxıstan ən çox Türkmənistana burğda ixrac edib - 225,5 min ton. Bu son 15 ilin rekord göstəricisi olub.
Bununla yanaşı, Tacikistan (522,2 min ton), Əfqanıstan (211,6 min ton) və Çin (172 min ton) Qazaxıstan buğdasının ənənəvi alıcıları arasındadır.
Report.az