"İqtisadiyyat sağlamdır, ancaq ziddiyyətli siqnallar var" | Banco.az

"İqtisadiyyat sağlamdır, ancaq ziddiyyətli siqnallar var"

Fed sədri Cerom Pauelin (Jerome Pauell) ABŞ Senatının Bank Komitəsinə edəcəyi pul siyasəti məruzəsi dərc olunub.
 

Pauell "iqtisadiyyat, faiz artırmaqda səbrli olmağı tələb edən ziddiyyətli siqnallar göndərir. Hazırkı iqtisadi şərtləri sağlam olaraq görürük, iqtisadi mənzərə də yaxşıdır. Ancaq ötən bir neçə ayda bəzi qarışıq siqnallar gördük" deyib.

Pauell 2019-da ÜDM-in artmasının 2018-ci illə müqayisədə daha yavaş olsa da güclü olacağını proqnozlaşdırıb.  

Pauell əmək bazarının güclü və inflyasiyanın  2%-ə yaxın olduğunu bildirib. 

Fed sədri, "maliyyə bazarları il sonunda daha volatil olub və maliyyə şərtləri ötən ilin əvvəlinə nisbətən daha az dəstəkləyicidir. Bununla yanaşı, bəzi böyük xarici iqtisadiyyatlarda artım yavaşlayıb, xüsusilə də Avropa və Çində. "Brexit" və ticarət danışıqları kimi bəzi siyasi məsələlərində da artan qeyri-müəyyənlik var" - ifadəsini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Pauell hökumətin bağlanmasının iqtisadiyyatdakı mənfi təsirlərinin isə yalnız mötədil olacağını bildirib.

Sual cavab hissəsində Jerome Pauell, "Artan maaşları inflyasiya üçün təhlükəli görmürük. Zəif inflyasiyanın təzyiqini hiss edirik, bu vəziyyət səbrli olmağı dəstəkləyir. İnflyasiya hədəfimizdə iqtisadiyyat həddən artıq isinmədi. İndi səbrli olmaq, izləmək və gözləmək üçün gözəl bir zamandır. Qeyri-müəyyənlik iş həyatının düşmənidir" deyib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et