Fed rəsmiləri, 2019-cu ildə balansın kiçildilməsi proqramının dayandırılacağını, faizin artırılmasına fasilə veriləcəyini qeyd ediblər.
ABŞ Mərkəzi Bankının (Fed) 29-30 Yanvar iclasının protokolları Çərşənbə günü açıqlanıb. Bu protokollara görə, demək olar ki, bütün rəsmilər bu il balansın azaldılmasının dayandırılmasının yaxşı olacağını düşünür. Bu vəziyyət, balansı azaltmağın iqtisadiyyata zərər verəcəyini düşünən sərmayəçilər tərəfindən məmnunluqla qarşılanıb.
Bəzi investorlar Fed-in bir sonrakı hərəkətininin faiz endirmək olacağını düşünür. Protokollar, Fed rəsmilərinin təkrar faiz endirimi məsələsində bölünmüş vəziyyətdə olduğunu göstərib. Protokollarda faiz endiriminə dair bir işarə yoxdur.
marja