İndiyədək Azərbaycanın dəniz yataqlarından ümumilikdə 1 mlrd. 67 mln. ton neft hasil edilib. Bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.
"Bu günədək Azərbaycanın dənizdəki yataqlarından 1 mlrd. 67 mln. ton neft və 689 mlrd. kubmetr qaz, qurudakı yataqlarından isə 978 mln. ton neft və 139 mlrd. kubmetr qaz hasil edilib", - deyə o, bu gün Bakıda “IADC Drilling Caspian” sərgi-konfransında çıxışı zamanı bildirib.
Beləliklə, indiyə qədər respublikada ümumilikdə 2,045 mlrd. ton neft və 828 mlrd. kubmetr qaz hasil edilib.
Y.Lətifovun sözlərinə görə, 2000-ci ildən etibarən SOCAR-ın müəssisələri tərəfindən və hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində Azərbaycanda, 2,6 mln. metr qazma işi həyata keçirilib və 1,49 min hasilat quyusu istismara verilib.
"Hər il Azərbaycanda 70-80 quyu istismara verilir", - deyə o qeyd edib.
İnterfaks-Azərbaycan