Venesuelanın vitse-prezidenti Rikardo Menendes ölkənin ABŞ-ın son üç ildə tətbiq etdiyi iqtisadi və maliyyə qadağaları səbəbindən 38 milyard dollar itirdiyini bildirib.
Rikardo Menendes bunu AVN agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, burada söhbət Venesuela ÜDM-i üçün 23 mlrd. dollardan və PDVSA-nın ABŞ-dakı törəmə şirkəti olan "Citgo" ilə bağlı olan 15 mlrd. dollardan gedir.
Bununla belə o, 2002-ci ilin neft tətillərini nəzərə alaraq pul itkisinin 58 mlrd. dollar səviyyəsində qiymətləndirilməsini təklif edib:
"Əgər buna neft sabotajı zamanı götürülən 20 mlrd. dollar itkini də əlavə etsək, o zaman 58 mlrd. itkindən, yəni respublika üçün təqribən 60 mlrd. dollar ziyandan danışmaq olar", - deyə Menendes bildirib.
report.az