Bank VTB (Azərbaycan) Mastercard istifadəcisi olan müştərilərinə “Qiymətsiz imtiyazlar” adlı loyallıq proqramından istifadə etməyi təklif edir.
Proqram çərçivəsində kart sahibləri çoxsaylı mağaza, restoran, otel, eləcə də digər ticarət və əyləncə müəssisələrində endirimlərdən yararlana bilər. Endirimlərin tam siyahısı ilə ödəniş sisteminin saytında tanış olmaq mümkündür.
VTB (Azərbaycan) müştərilərinə MasterCard Standart və Gold kartlarını təklif edir. Kartları bankın filiallarında, eləcə də onlayn şəkildə saytda və ya +99455 2140986 nömrə ilə WhatsApp vasitəsilə sifariş etmək olar.
Kart bir və ya üç il müddətinə verilir. Kartın növündən və müddətindən asılı olaraq xidmət haqqı 15 manatdan başlayır.