İstehlak tələbinin komponentlərindən biri olan ev təsərrüfatlarına verilən kreditlərdə 2018-ci ildə 15,5% artım müşahidə olunub.
Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
İcmalda qeyd olunub ki, ilin sonuna ev təsərrüfatları üzrə kredit portfelinin həcmi 5 mlrd. manatı keçib. 2018-ci ilin dekabr ayında keçirilmiş “Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri” sorğusunun nəticələri əsasında hesablanmış İstehlakçı İnamı İndeksinin yaxşılaşması davam edib.
Qeyd edək ki, bu göstərici müxtəlif gəlir səviyyəsinə malik ev təsərrüfatları arasında “Ailənin maliyyə vəziyyəti gözləntisi”, “Ölkənin iqtisadi vəziyyətinə dair gözlənti”, “Pul yığımı ehtimalı” və “İşsizlik gözləntiləri”nə dair sorğulara əsaslanır: “Təhlillər göstərir ki, son ildə İstehlakçı İnamı İndeksinin ötən illə müqayisədə 8,5 dəfə artması əsasən ölkənin və ailənin maliyyə vəziyyətinə dair gözləntilərin yaxşılaşması, habelə işsizlik gözləntilərinin aşağı düşməsi ilə əlaqədardır”.
report.az