31 Yanvar 2019-cu il tarixinə pul bazası 8 milyard 709.2 milyon manat təşkil edib.
Bu məbləğ, ötən ilin Dekabr ayının sonu ilə müqayisədə 836,5 milyon manat və ya 8,8% azdır.
28 Dekabr 2018-ci il tarixində pul bazası 9 milyard 545.7 milyon manat təşkil etmişdi.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası, milyon manatla
31/09/2019 8709.2
28/12/2018 9545.7
30/11/2018 8985.2
31/10/2018 9153.3
28/09/2018 8871.5
31/08/2018 8318.2
31/07/2018 8888.9
29/06/2018 8588.0
31/05/2018 8404.4
30/04/2018 8413.0
30/03/2018 9471.0
28/02/2018 9180.6
31/01/2018 8761.6
marja