"2 faiz vergiyə görə sığorta vasitəçiləri icbari sığorta satışına fokuslanacaqlar" | Banco.az

"2 faiz vergiyə görə sığorta vasitəçiləri icbari sığorta satışına fokuslanacaqlar"

Vergi qanunvericiliyində edilmiş son dəyişikliklərin sığorta bazarına mümkün təsirləri necə ola bilər?

Sığorta üzrə mütəxəssis Hikmət Allahverdi bildirib ki, sığorta qanunvericiliyində sığorta satışı ilə məşğul olanlar satdıqları sığorta məhsullarına görə təsnifləşdirilmir:

"Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra icbari sığorta satışı ilə məşğul olan sığorta vasitəçiləri, digərlərindən fərqləndirilərək, sadələşdirilmiş verginin ödəyicisi hüququ əldə ediblər. Bu verginin dərəcəsi isə 2 faizə salınıb. Qeyd olunan dəyişiklik özlüyündə sığorta vasitəçilərini daha çox "icbari sığorta" satışına yönləndirəcəkdir".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sığorta vasitəçiləri icbari sığortalar ilə bərabər konüllü sığortaların da satışı ilə məşğul olurlar. 

vergilər.az