Kapital Bank-da YENİ VAKANSİYA | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Kapital Bank-da YENİ VAKANSİYA

Ümumi məlumat

Kapital Bank namizədləri Hüquq departamentinin "Arxiv şöbəsinin Meneceri" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

     Öhdəliklər

  • Bankın struktur bölmələri üzrə olan sənədləri tarix və aidiyyəti üzrə qruplaşdırmaq, qovluqlara yerləşdirmək və reyestrini tərtib etmək;
  • Bəzi arxiv sənədlərini elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirmək və sorğu verən idarəetmə orqanına, struktur bölməyə elektron poçt vasitəsi ilə göndərmək;
  • Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün  sorğu verən şəxslərə təhvil verilməsini təmin etmək;
  • Saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsini təmin etmək və bu barədə müvafiq akt tərtib etmək;
  • Şöbənin işini planlaşdırmaq və şöbə əməkdaşların gündəlik iş bölgüsünü müəyyən etmək.

      Tələblər

  • Ali təhsil;
  • Arxiv sahəsində 5 il iş təcrübəsi;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Profesional kompyuter bilikləri (Ms Office);
  • Bankçılıq sahəsi haqqında əla biliklər;
  • Tez öyrənmə bacarıqları, problemlərin həll etmə qabiliyyəti;
  • Detallara diqqət və dəqiqlik.

Uyğun namizədlərdən CV-lərini [email protected] e-poçtuna mövzu hissəsində “Arxiv şöbəsinin Meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.