Avropa İttifaqı Azərbaycan, Belarus, Gürcüstran, Moldova və Ukraynada dəmiryolu şəbəkəsinin genişləndirilməsinə 2 mlrd. avroya yaxın vəsait xərcləyəcək.
Bu, Transavropa nəqliyyat şəbəkəsi (TEN-T) layihəsinin Şərq istiqamətində genişləndirilməsi planının tərkib hissəsidir. Artıq Avropa Komissiyası və Dünya Bankı bu ölkələrdə müəyyənləşdirilmiş priorotetlərə uyğun İndikativ İnvestisiya Fəaliyyət Planını təqdim edib.
Məlumatda qeyd olunub ki, Xəzər və Qara dənizləri arasında yerləşən Azərbaycan və Gürcüstan Orta Dəhlizdə tranzit region kimi mühüm əhəmiyyətə malik ölkələrdəndir. Bu multimodal marşrut üzrə Avropa Birliyindən çıxan və bu istiqamətə gələn yüklər Qara dəniz və ya Türkiyədən keçməklə Xəzər dənizinə, Xəzər dənizi vasitəsi ilə Qazaxıstana, oradan isə dəmir yolu nəqliyyatı vasitəsi ilə Çinə göndərilir.
Məlumatda qeyd olunub ki, bu ölkələri birləşdirən dəmiryolu və avtomobil nəqliyyatı layihələrinə ümumi investisiyalar 2 mlrd. 120 mln. avro məbləğində qiymətləndirilir. Gürcüstan sərhədindən Bakı limanına qədər Azərbaycandan keçən hissədə siqnalizasiya, telekommunikasiya və elektrikləşmə ilə bağlı yerdə qalan işlər üçün ən azı 328 milyon avro ayrılıb.
report.az