"Türkiyədən başqa heç bir Avropa ölkəsi İrandan neft almır" | Banco.az

"Türkiyədən başqa heç bir Avropa ölkəsi İrandan neft almır"

İranın neft naziri Bijan Zəngənə, ABŞ-ın sanksiyaları tətbiq etməsindən sonra Avropa ölkələri arasında İrandan yalnız Türkiyənin neft aldığını bildirib.

İranlı Tələbələrin Xəbər Agentliyinə (ISNA) görə, Zəngənə, "Türkiyə xaricində Avropadan heç bir ölkə İrandan neft almır. Yunanıstan və İtaliya ABŞ sanksiyalarından azad edilmişdi, lakin İrandan neft almırlar. Onlarla bu mövzuda görüşmək istəsək də bizə cavab vermirlər",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

 "İraqın 2 milyard dollar borcu var"

İranın İraqa ayda 200 milyon dollar həcmində təbii qaz ixrac etdiyini dilə gətirən Zəngənə,"İranın hazırda İraqdan təbii qaz və elektrik ixracından 2 milyard dollar alacağı olduğunu" bildirib.

marja