Azərbaycanda pos-terminalların sayı yenidən artıb.
Mərkəzi Bankın statistikasına görə, ötən ilin Noyabr ayı ilə müqayisədə Dekabr ayında pos-terminalların sayı 198 ədəd artaraq 66 min 110 ədədə çatıb.
2017-ci ilin sonu ilə müqayisədə 2018-ci il ərzində isə pos-terminalların sayı 639 ədəd artıb.
2015-ci ilin sonunda Azərbaycanda pos-terminalların sayı 80 min 301 ədədə qalxmış, sonradan say azalmağa başlamışdı. Pos-terminalların sayı bu ilin Mart ayında isə 65 min 142 ədədədik düşmüşdü. Bu dib səviyyə ilə müqayisədə pos-terminalların sayı 968 ədəd artıb.
Ötən ilin sonuna olan məlumata görə, 66 min 110 ədəd pos-terminalın 64 min 715 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb.
Pos-terminalların 38 min 962 ədədi Bakıdakı, 27 min 148 ədədi regionlardakı obyektlərdədir.
marja