ABŞ Prezidenti Donald Tramp və ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel Bazar ertəsi Ağ Evdə təşkil edilən axşam yeməyində görüşüblər.
Görüşdə Fed sədrinin köməkçisi Riçard Klarida və Xəzinə naziri Stiv Mnuçin də iştirak edib.
Axşam yeməyində son zamanlarda yaşanan iqtisadi proseslər müzakirə edilib.
Fed-dən verilən açıqlamaya görə, Fed sədri Cerom Pauell pul siyasətinə dair gözləntilərindən də danışıb.
Fed-in açıqalmasında; "Pauelin şərhləri ötən həftə mətbuat qarşısında verilən şərhlər ilə eyni idi" deyilir.
Pauell, Prezident Trampa pul siyasətinin maksimum məşğulluğu və qiymət sabitliyini dəstəkləməyi hədəflədiyini və bu qərarların obyektiv bir şəkildə siyasi əsaslı analizlərə söykənmədən reallaşdığını bildirib.
Tramp, Fed-in çox sürətli faiz artırdığını və bunun ABŞ-ın iqtisadi inkişafını təhdid etdiyini söyləyirdi.
marja