"Apple" şirkəti 2019 maliyyə ilinin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Şirkətin sözügedən dövrdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 84.3 milyard dollara geriləyib. Bir səhmə düşən mənfəət 7.5 faiz artaraq 4.18 dollara qalxıb. Beynəlxalq satışlar gəlirlərin 62%-ni təşkil edib.
2019 maliyyə ilinin ilk rübü 28 Dekabr 2018-ci il tarixində sona çatıb.
Ağıllı telefon modeli "iPhone" satışından əldə olunan gəlir ötən illə müqayisədə 15 faiz azalıb, digər məhsul və xidmətlərdən əldə edilən ümumi gəlir 19 faiz artıb.
Xidmət gəlirləri 10.9 faiz artımla 10.9 milyard dollara qalxaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
"Apple"ın İcraçı direktoru Tim Kuk etdiyi açıqlamada, "Gəlir hədəfimizdən geri qalmağımız təəssüf ediləcək bir vəziyyətdir, ancaq "Apple"ı uzun dövr üçün hazırlayırıq və bu rübdəki nəticələr işimizin mövcud gücünün dərin və geniş olduğunu göstərir" - deyib.
"Apple", 2019 maliyyə ilinin ikinci rübündə 55 milyard dollar ilə 59 milyard dollar civarında gəlir hədəfləyir.
"Apple" açıqlaması ilə investorları şirkətin vəziyyətinin yaxşı olduğu barədə inandıra bilib. Şirkətin səhmləri 5.5 faiz bahalaşıb.
Ağıllı telefon bazarının doyma nöqtəsinə çatdığı bildirilir. "Apple"ın ən mühüm məhsulu olan "iPhone" satışlarının azalacağının gözlənilməsi ilə, Oktyabr ayından bu yana, şirkət bazar dəyərinin təxminən üçdə birini itirdi.
Marja