Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaqdır.
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 2 gün davam edən iclasının ardından Bakı vaxtı ilə saat 23:00-da faiz qərarı açıqlanacaqdır. Faizin 2,50% səviyyəsində saxlanacağı gözlənilir.
Fed sədri Cerom Pauel Bakı vaxtı ilə saat 23:30-da mətbuat konfransında danışacaqdır. Maliyyə bazarları Fed sədrinin açıqlamalarını səbirsizliklə gözlənilir. Çünki, investorlar 2019-da Fed-in hələ də iki dəfə faiz artırıb-artırmayacağından əmin olmaq istəyirlər. Bu baxımdan Cerom Pauelin bu gün verəcəyi açıqlamalar daha həlledici olacaqdır.
İnvestorların Fed-in bir müddət faiz artırmağa fasilə verəcəyini gözləyirlər.
Lakin veriləcək mesajlar vəziyyəti dəyişə bilər. Əgər Fed rəsmilərinin, Dekabr ayında olduğu kimi, hələ də 2019-cu ildə 2 dəfə faiz artırılacağını gözlədikləri təkrarlanarsa Dolların qiymətində ciddi dəyişiklik gözlənilmir, ola bilsin ki, bir qədər də ucuzlaşsın. Əgər, Fed-in 2019-cu ildə 2 dəfədən çox faiz artıra biləcəyi mesajı verilərsə Dollar bahalaşa bilər.
Saat |
Valyuta |
Hadisə |
Proqnoz |
Əvvəlki |
23:00 |
USD |
Federal Açıq Bazar Komitəsinin (FOMC) Bəyanatı |
|
|
23:00 |
USD |
Federal Faiz Nisbəti |
2,50% |
2,50% |
23:30 |
USD |
FOMC Mətbuat Konfransı |
|
|
Marja