“Starbucks”ın keçmiş direktoru ABŞ prezidentliyinə namizəd olmaq istəyir | Banco.az

“Starbucks”ın keçmiş direktoru ABŞ prezidentliyinə namizəd olmaq istəyir

“Starbucks” qəhvə restoranları şəbəkəsinin keçmiş icraçı direktoru Hovard Şults 2020-ci il seçkilərində ABŞ prezidentliyinə namizəd olmaq istəyir.

BBC xəbər verir ki, bunu biznesmen özü CBS telekanalına müsahibəsində bəyan edib. O, özünün demokratlarla birlikdə olduğunu, lakin ABŞ-da prezident seçkilərinin ikipartiyalı sistem üzrə keçirilməsini düzgün hesab etmədiyini də bildirib. “Ölkəmi sevirəm və mərkəzçi prezident olmaq istəyirəm” deyən Şults əlavə edib ki, hazırda demokratlar və respublikaçılar arasında gedən gərgin siyasi mübarizə Birləşmiş Ştatların siyasi, iqtisadi və sosial həyatına mənfi təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

Demokratlar Partiyasından prezidentliyə namizəd olacaq Culian Kastro biznesmeni bu qərarından imtina etməyə çağırıb və bildirib ki, onun namizədliyi Trampın 2020-ci ildə yenidən prezident olmasına şərait yarada bilər. Demokratlar Şultsun namizədliyinə etiraz əlaməti olaraq “Starbucks” plastik qəhvə stəkanlarının üzərinə “Hovard, bunu etmə!” sözləri yazıblar.

Hovard Şults öz biznesinə espresso qəhvə aparatlarının satışı ilə başlayıb və son nəticədə 3 milyard dollar sərvət əldə edib. Onun dünyanın 77 ölkəsində 28 min qəhvə restoranı var.

Marja