Youtube platformasında iPhone brendinin payızda təqdim olunacaq yeni modellərinin görüntüsü yayılıb. Görüntülərdə, yeni modellərin Gunho Lee tərəfindən fərziyyə edilən dizaynı əks olunub. Video çarxın müəllifi yeni modellərdə köhnə iPhone SE dizaynına məxsus dəqiq çərçivəli korpusdan istifadə edilə biləcəyini qeyd edib.
Yeni dizayn konseptinə - əsas üçlü kamera, görüntü tezliyinin 120 Hz olduğu ekran və barmaq izi skannerinin daxil olacağı qeyd edilir. Eyni zamanda video çarxda Apple A12 X-i əvəzləyəcək yeni A13 Bionic çipinin təchizatı barəsində məlumat verilir.
Qeyd edilənlər, yeni iPhone modellərinin dizaynı barəsində irəli sürən fərziyyələrdir. Rəsmi olaraq təqdim ediləcək modellər ilə bağlı açıqlama verilmir.
Həmçinin oxu: 2019-cu ilin ən yeni smartfonları