2021-ci ilə qədər ARDNF-nin xalis aktivləri ÜDM-in 37%-nə bərabər olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

2021-ci ilə qədər ARDNF-nin xalis aktivləri ÜDM-in 37%-nə bərabər olacaq

“2019-cu ilin sonunda da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) likvid aktivlərinin ümumi daxili məhsulun (ÜMD) təxminən 60%-nə bərabər olacağı proqnozlaşdırılır”.

Bu barədə “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda bildirilir. 

Qurum bəyan edib ki, növbəti 4 il ərzində Fondun xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi gözlənilir. “Azərbaycanın fiskal artımının ÜDM-ə nisbəti 3%-dən 2%-ə düşəcək. Biz həmçinin xərclərin artım tempinə sərhəd qoyan fiskal qaydaların adaptasiyasının davam edəcəyini gözləyirik. Real ÜDM 2018-ci ildə 1,1% artdığı halda, 2019-cu ildə bu artım 2,3%, 2020-ci ildə 3%, 2021-ci ildə 3,1%-ə bərabər olacaq”.

Report.az