2017-ci illə müqayisədə 2018-ci il ərzində Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortası növləri üzrə 305 milyon 700 min manat sığorta haqları toplanıb. Bu, 2017-ci illə müqayisədə 72% çoxdur.
Könüllü həyat sığortasında artımın əsas səbəbi həyatın yaşam sığortası (həyatın yığım sığortası) üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Belə ki, 2018-ci ildə həyatın yaşam sığortası üzrə 253 milyon 943 min manat sığorta haqqı toplanıb. 2017-ci ildə həyatın yaşam sığortası üzrə 137 milyon 927 min manat sığorta haqqı toplanmışdı. Beləliklə, bu növ üzrə yığımlar 116 milyon 16 min manat və ya 84% artıb.
3 həyat sığortası şirkəti tərəfindən icbari həyat sığortası üzrə 35 milyon 292 min manat sığorta haqqı yığılıb. 2017-ci ildə bu məbləğ 33 milyon 165 min manat təşkil etmişdi.
Ötən il “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən 264 milyon 988 min manat, “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən 60 milyon 107 min manat, “Qala Həyat” Sığorta Şirkəti tərəfindən isə 15 milyon 897 min manat sığorta haqları hesablanıb.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.
o cümlədən: |
Sığorta haqları 2017-ci il, manatla |
Sığorta haqları 2018-ci il, manatla |
Sığorta ödənişləri 2017-ci il, manatla |
Sığorta ödənişləri 2018-ci il, manatla |
Həyat sığortası üzrə, o cümlədən: |
177 milyon 856 min |
305 milyon 700,4 min |
126 milyon 407 min |
94 milyon 979 min |
həyatın yaşam sığortası |
137 milyon 928 min |
253 milyon 943 min |
124 milyon 45 min |
93 milyon 366 min |
həyatın ölüm halından sığortası |
37 milyon 942 min |
48 milyon 90 min |
2 milyon 351 min |
1 milyon 613 min |
əmək qabiliyyətinin sığortası |
1 milyon 868 min |
3 milyon 388 min |
0,0 |
0,0 |
sağalmaz xəstəliklərdən sığorta |
117 min 516 |
278 |
9 min 850 |
Marja