Könüllü sığorta və icbari sığorta artıb | Banco.az

Könüllü sığorta və icbari sığorta artıb

2018-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 536,147 milyon manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, 2017-ci illə müqayisədə 42,9% çoxdur.

İl ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 5,6% artaraq 191,807 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 172,565 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 13,5% azdır. Ötən il icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,5% artaraq 67,769 milyon manata çatıb.

Beləliklə, 2018-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ildə 53,15 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 31,8 manatdan 35,3 manata qalxıb.

 

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortası 62%, qeyri-həyat sığortası isə 12% artıb

2018-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 340,993 milyon manat sığorta haqqı toplanılıb.Bu, 2017-ci illə müqayisədə 61,6% çoxdur.

İl ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 386,961 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,9% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 24,9% azalaraq 98,115 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 12,45% artaraq 142,219 milyon manata çatıb.

Beləliklə, 2018-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,75 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ildə müvafiq olaraq 61,9 manat və 36,6 manat olub. 

© Renkinq