"Venesueladakı vəziyyət neftin qiymətinə təsir edə bilər" | Banco.az

"Venesueladakı vəziyyət neftin qiymətinə təsir edə bilər"

Venesuelada baş verənlər uzun müddətli perspektivdə dünya bazarında neftin qiymətinə təsir göstərə bilər.

"RİA "Novosti" xəbər verir ki, bunu S&P beynəlxalq reytinq agentliyinin "Korporativ reytinqlər" qrupunun direktoru Aleksandr Qryaznov deyib.

"Venesuelada rəhbərliyin dəyişməsi uzun müddətli perspektivdə qiymətlərə (neftin – red.) təsir göstərə bilər. Böyük iqtisadiyyat ölkələri ilə, hamıdan əvvəl ABŞ-la münasibətlərin normallaşdırılması, ölkəyə pul və texnologiya axınına səbəb olacaq ki, bu da yataqların işlənməsi üçün zəruridir. Bu əlavə həcmlər qiymətlərə təsir göstərəcək. Lakin uzun müddətli perspektivdə", - deyə Qryaznov bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Marja