“Topaz Investment”in “Nikoil Bank”dakı payı 96%-ə çatıb | Banco.az

“Topaz Investment”in “Nikoil Bank”dakı payı 96%-ə çatıb

“Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Bu, Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.

Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb.

“Nikoil Bank”ın səhmdarlarının pay bölgüsü

Səhmdarlar

Əvvəl

İndi

Məbləğ (mln. manatla)

Faiz nisbəti

Məbləğ (mln. manatla)

Faiz nisbəti

“Topaz Investment” QSC

280,958

94,92%

332,958

95,68%

Marina Kulişova

14,697

4,96%

14,697

4,22%

“İSR Holdinq” MMC

0,345

0,12%

0,345

0,10%

Cəmi

296,000

100,00%

348,000

100,00%

report.az