16 yanvar 2019 il tarixində Bank of Baku-nun Təlim Mərkəzi olan BOB Akademiyasında «Agile transformasiyasında kouçinqin rolu» mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.
Seminar zamanı kouçinq, Agile kouçinq, Skrum-master və Agile-kouç anlayışları arasındakı fərq və s. barədə məlumat verilmiş, mühazirələr oxunmuşdur.
Seminar, professional Scrum-master, Erikson Beynəlxalq Kouçinq Universitetinin sertifikatlaşmış kouçu Nərminə Hüseynzadə və BP Azərbaycan və BP Gürcüstan şirkətlərinin Agile-kouçu Vladimir İvanov tərəfindən keçirilmişdir.
Seminar zamanı oxunmuş mühazirələr və interaktiv praktiki məşğələlər ətrafında geniş fikir mübadilələri aparılmış, seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Sonda, müasir rəqəmsallaşma dövründə bu kimi tədbirlərin aktuallığı və faydalılığı seminar iştirakçıları tərəfindən qeyd olunmuşdur.
Qeyd edək ki, "Agile Azerbaijan Community"-nin başlıca məqsədi mütəxəssislər və Agile ilə tanışlığa yenicə başlayanlar üçün vahid müstəvinin yaradılmasıdır ki, onlar burada təcrübə mübadiləsi apara, yeni biliklər əldə edə və Agile-a aid müxtəlif mövzularda fikir mübadilələri apara bilərlər.
"Agile Azerbaijan Community"-yə https://www.facebook.com/groups/264584990817879 link vasitəsilə qoşulmaq olar.
Qeyd etmək istərdik ki, bu, Agile Azerbaijan Community-nin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən üçüncü seminardır.