Yeni dövlət lotereyası başlayır – ŞƏRTLƏR | Banco.az

Yeni dövlət lotereyası başlayır – ŞƏRTLƏR

Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız ödənişərin inkişafı üçün fevral ayından yeni lotereyaya başlayır. "Kartla ödə, kartla qazan" lotereyasında hər 5 manat və ondan yuxarı ödəniş bir şans verir.

Bu yalnız kartla posterminallarda aparılan ödənişlərə aiddir.

Lotereyada uduş standart məbləğdir. Kartın sahibinin şesabına 50 manat ödəniləcək. Tiraj ayda bir dəfə keçiriləcək və hər tirajda 600 nəfər udacaq.

Lotereya bütün ölkə ərazisində keçiriləcək və burada bütün bank kartlarının sahibləri iştirak edə biləcək.

Bundan başqa, bu lotereyada iştirak qeyri-ixtiyari olacaq, yəni müştəri lotereyada iştirak etmək üçün ayrıca müraciət etməl olmayacaq – ödəniş edildiyi andan kart sahibi loereyanın iştirakçısına çevriləcək. Tiraj keçirildikdən sonra isə uduş məğləği həmin karta keçiriləcək.

Lotereya ilə bağlı digər maraqlı məqam odur ki, burada 5 manat və daha artıq ödənişlər bir şans verir. Yəni 5 manatlıq da, 50 manatlıq ödəniş də eyni olaraq bir şans verir. Bu mənada müştərilər üçün daha sərfəli variant iri ödənişləri bir neçə kiçik hissələrdə aparmaqdır. Bu üsul lotereyada udmaq şansını artırır.

Ən sərfəli kredit üçün müraciət et

Yeri gəlmişkən, ödəniş terminallarında edilən ödənişlər və internet ticarət (yəni kommunal xərclərin və ya digər alışların internet üzərindən ödənilməsi) bu lotereyaya aid olmayacaq. Söhbət yalnız posterminallarla aparılan ödənişlərdən gedir.

Beləliklə, bu lotereyanın işə düşməsinən sonra ölkə vətəndaşları, daha dəqiqi kart sahibləri kart ödənişləri vasitəsilə ikinci üstünlüyü əldə edəcəklər. Belə ki, bu lotereya ilə yanaşı, Vergi Məcəlləsinə 2019-cu ildən edilən dəyişikliyə əsasən, kartla ödəniş edənlər ƏDV-nin  15%-ni geri ala biləcəklər.

Hökumət və dövlət qurumları hesab edir ki, bu üsullar ölkədə kartla aparılan qeyri-nağd dövriyyənin artmasına və iqtisadiyyatın kölgədən çıxmasına imkan verəcək.

Fed.az