Daha bir ölkə benzin və dizel maşınlardan İMTİNA EDİR | Banco.az

Daha bir ölkə benzin və dizel maşınlardan İMTİNA EDİR

2030-cu ildən etibarən İsraildə benzin və dizellə işləyən avtomobil almaq qadağan ediləcək. B barədə ölkənin energetika nazirliyi məlumat yayıb. Nazirlik açıqlayıb ki, daxili yanma mühərriki ilə işləyən bütün avtomobillər ya elektromobillər, ya da qazla işləyən maşınlarla əvəz ediləcək. Nazir Yuval Ştaynitçin sözlərinə görə, ölkənin qarşısında dayanan məsələ avtomobillərin sayında elə bir həddə nail olmaqdır ki, yerli sənaye özü dizel və benzinlə işləyən maşınlardan imtina etsin.

Hökumət də bu prosesə dəstək verəcək. Belə ki, elektromobillərin vergisi azaldılaraq sıfıra endiriləcək, nəticədə həmin maşınlar benzin və dizellə işləyən adi avtomobillərdən ucuz olacaq.

Bundan başqa, hökumət elektromobillərə xidmət edəcək infrastukturun qurulmasında aktiv iştirak edir. Ştaynitç bildirir ki, hazırda elektromobillər üçün enerji doldurma qurğuları tikilir, indiyədək belə qurğuların sayı 2 mini keçib.

Ən sərfəli kredit üçün müraciət et

Elektromobillərə keçid, İsrailin benzin, dizel və kömürdən tamamilə imtina etmək planının bir hissəsidir. Son illər ölkədə böyük qaz yataqları tapılıb, ona görə də İsrail öz elektrik stansiyalarının da qaza keçirilməsi ilə məşğuldur.

Hesablamalara görə, bu sahədə həlledici an 2025-ci ildə gözlənilir. Həmin il İsraildə elektrik maşınlarının sayı 177 min, 2030-cu ildə isə 1,5 milyon olacaq, baxmayaraq ki, hazırda onların sayı bir neçə yüzdür. 2025-dən sonra belə avtomobilləri almaq da daha ucuz olacaq.

«2030-cu ildən sonra İsrailə benzin və dizellə işləyən avtomobil gətirməyə heç kimə icazə verməyəcəyik»-deyə nazir bildirib.

Avtomobillərlə yanaşı, ictimai nəqliyyat və yük maşınları da ya elektriklə ya da qazla işləyəcək. 

Fed.az