Gürcüstanın xarici ticarətində böyük KƏSİR YARANIB | Banco.az

Gürcüstanın xarici ticarətində böyük KƏSİR YARANIB

Gürcüstanın xarici ticarət dövriyyəsi 2018-ci ildə rekord səviyyədə artıb.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 2018-ci ildə Gürcüstanın xarici ticarəti 12,4 milyard dollar olub. Bu da 2017-ci illə müqayisədə 17 faiz çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Gürcüstanın xarici ticarətində ixracın həcmi 2018-ci ildə 3,4 milyard olub ki, bu da 2017-ci illə müqayisədə 22,9 faiz çoxdur. İdxal isə 2017-ci illə müqayisədə 14,9 faiz artaraq 9,1 milyard təşkil edib.

Ticarət balansında xarici ticarət dövriyyəsinin 46,1 faizi həcmində və ya 5,76 milyard dollarlıq mənfi saldo yaranıb.

Azertag.az