Azərbaycan nefti bahalaşır - QİYMƏT | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan nefti bahalaşır - QİYMƏT

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 7-i 59,69 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,42 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,15 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar/barel çoxdur.

Fed.az