Hərraclarda satılmış valyuta idxalın 60%-i səviyyəsində olub | Banco.az

Hərraclarda satılmış valyuta idxalın 60%-i səviyyəsində olub

2018-ci ildə valyuta hərraclarında 6 milyard 460,4 milyon dollar satılıb. Bu, 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 80% artıqdır.

Ötən ilin 11 ayı ərzində Azərbaycanın idxalı 10 milyard 295 milyon dollar təşkil edib. Azərbaycanın aylıq idxalının 1 milyard dollar civarında olduğunu nəzərə alsaq 2018-ci ilin 12 ayı üzrə idxalın 11 milyard dollardan çox olacağı gözlənilir. 

Rəqəmlərin müqayisəsindən görünür ki, valyuta hərraclarında satılmış valyutanın məbləği cəmi idxalın təxminən 60%-i səviyyəsindədir. 

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı Qubad İbadoğlu bildirib: "Göründüyü kimi ötən il manata təzyiqi artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir. Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər çoxalacaq”.

Marja