Yanvarın 21-i iş günü olacaqmı? | Banco.az

Yanvarın 21-i iş günü olacaqmı?

Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub.

Yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir.

Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Buna görə də yanvarın 20-nin həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq, növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 21-si iş günü hesab ediləcək.

Həmçinin oxu: 2019-cu ilin qeyri-iş günləri açıqlandı

marja