İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayı təqdim olunub.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 15 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2018-ci ilin 11 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.
Marja