Yeni nəsil kassa aparatlarına keçidlə bağlı - AÇIQLAMA | Banco.az

Yeni nəsil kassa aparatlarına keçidlə bağlı - AÇIQLAMA

Ticarət və xidmət obyektlərində yeni nəsil kassa aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, onlayn kassa aparaktlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcəkdir:

“Texniki həllər ilə bağlı ayrıca normativ-hüquqi akt olacaq. Kassa aparatı hər vurulan əməliyyatı avtomatik vergi orqanına ötürməlidir.  Ola bilsin mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilsin, ola da bilər ki, aparatlar dəyişdirilsin”.

Ən sərfəli kredit üçün müraciət et

Samirə Musayeva  əlavə etdi ki, onlayn kassa aparatlarının tətbiqi üçün Nazirlər Kabineti  tərəfindən Vergilər Nazirliyinə maliyyə ayrılıb:

“Hökumət bu növ qurğuların alınması və quraşdırılması üçün ilkin vəsait ayırmışdır. Lakin sahibkarın onlayn kassa aparatının tətbiqinə görə necə ödəniş edəcəyi qanunvericilik ilə tənzimlənəcəkdir”.  

Marja