Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2017-ci ildə qlobal borc (dövlət və özəl sektor borcları) bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Qlobal borc 2017-ci ildə qlobal ümumi daxili məhsulun 225%-inə, yəni 184 trilyon dollara çatıb.
Adambaşına borc miqdarı da 86 min dollara yüksəlib. Bu məbləğ, adambaşına orta hesabla gəlirdən 2,5 dəfə çoxdur.
Dünyanın ən borclu 3 ölkəsi ABŞ, Çin və Yaponiyadır. Bu 3 ölkənin ümumi borcları qlobal borcun yarısından çoxunu təşkil edir.
Marja.az