Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı faiz dəyişdirmədi, qiymətli kağız (aktiv) alışı proqramını dayandırdı

Avropa Mərkəzi Bankı (AMB) faizlərini gözlənildiyi kimi dəyişdirmədi.

Bank, pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də və marjinal maliyyələşmə faizini də 0.25%-də saxlayıb.

AMB, iqtisadiyyatda ləngimə narahatlıqlarına və artan risklərə baxmayaraq trilyonluq qiymətli kağız alışı proqramını dayandıracağını da təsdiq edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank, ən azı 2019-un yazına qədər şərtlərin dəyişməyəcəyi ritorikasını təkrarlayıb.

Bank, lazım olduğu müddət ərzində vaxtı başa çatan istiqrazlara yenidən investisiya qoyulacağını da bildirib.

Marja.az