Dünyada azlıq təşkil edən Yəhudilər Dünyanı idarə edir.
Dünyada təkcə 14 milyon yəhudi/musəvi var. Belə ki, Şimali və Cənubi Amerikada 7 milyon, Asiyada 5 milyon, Avropada 2 milyon və Afrikada 100 min musəvi yaşayır. Bəs, müsəlmanlar? Dünyada 1,4 milyard müsəlman yaşayır. 1 milyard Asiyada, 400 milyon Afrikada, 44 milyon Avropada və 6 milyon Amerika qitəsində. Yəni, dünyada 1 musəviyə qarşı 100 müsəlman var...
Bəs, nə üçün yəhudilər müsəlmanlardan 100 qat daha güclü, daha varlı, daha təhsillidir və daha çox ixtiralar edirlər?
Dünyanın ən nüfuzlu elm adamı olan Albert Eynşteyn bir yəhudi idi. Psixoanalizin atası hesab edilən Ziqmund Freyd də, tarixdə iz qoymuş alman iqtisadçı Karl Marks da.
İndi isə bütün bəşəriyyətə zənginlik və sağlamlıq töhfəsi verən yəhudilərə baxaq:
Benjamın Rubin peyvənd iynəsini, Jonas Salk ilk uşaq iflici peyvəndini kəşf etdi.
Gertrude Elion leykoza (sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi) qarşı dərman tapdı.
Barux Semyuel Blamberq (Baruch Blumberg) Hepatit-B (qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhvi ilə müşahidə edilən bir xəstəlik) iynəsini kəşf edib.
Paul Ehrlich sifilis xəstəliyinin (xroniki sistem yoluxucu zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur) müalicəsini tapıb.
Gregory Pincus hamiləlikdən qorunma həblərini kəşf edib.
İlya İliç Meçnikov (Elie Metchnikoff) yoluxucu xəstəliklərlə bağlı kəşfinə görə Nobel mükafatına layiq görülüb.
Andrew Schally embriologiya (embrion və onun inkişafı) müalicələrində istifadə edilən üsulu daha da təkmilləşdirib.
Bernard Katz beyin və sinir xəstəlikləri (əzələlərlə sinir sistemi arasındakı əlaqə) sahəsində Nobel mükafatı qazanıb.
Aaaron Beck əqli pozuntu, depressiya və fobiya müalicələrində istifadə edilən psixoterapiya üsullarını daha da təkmilləşdirib.
Gerald Wald insan gözü ilə bağlı məlumatlarımızı artıraraq Nobel mükafatına layiq görüldü.
Stanley Cohen embriologiya sahəsi üzrə Nobel mükafatı qazandı.
Willem Kolff böyrək dializ aparatını kəşf etdi.
Peter Schultz optik lif kabeli, Charles Adler işıqforu, Benno Strauss paslanmaz poladı, Isador Kisse səsli filmi, Emile Berliner telefon mikrofonunu, Stanley Mezor ilk mikro-əməliyyat çipini ixtira etdi.
Leo Szilard ilk nüvə zəncirləmə reaktorunu təkmilləşdirdi.
Bəs, nə üçün son 100 il ərzində yəhudilər təkcə elm sahəsi üzrə 104 Nobel mükafatı qazandığı halda, 14 milyard müsəlman sadəcə 3 Nobel mükafatına layiq görülüb?
Yəhudilər niyə bu qədər yaradıcı və güclüdür?
Yəhudi inancına bağlı olan və qlobal aləmdə tanınan bu sahibkarlara/iş adamlarına və markalara nəzər salaq:
- Ralph Lauren (Polo)
- Levi Strauss (Levi`s Jeans)
- Sergey Brin (Google)
- Michael Dell (Dell kompüterləri)
- Larry Ellison (Oracle)
- Donna Karan (DKNY)
- Irv Robbins (Baskins&Robbins)
- Bill Rosenberg (Dunkin Dougnuts)
- Richard Levin (Yel Universitetinin rəhbəri)
Yəhudi inancına bağlı olan və qlobal aləmdə tanınan aşağıdakı sənətçilərə nəzər salaq:
- Michael Douglas
- Dustin Hoffman
- Harrison Ford
- Woody Allen
- Tony Curtis
- Charles Branson
- Sandra Bullock
- Billy Crystal
- Paul Newman
- Peter Sellers
- George Bruns
- Goldie Hawn
- Cary Grant
- William Shatner
- Jerry Lewis
- Peter Falk
Rejissor və prodüserlər arasındakı yəhudilər:
- Stiven Spilberq (Steven Spielberg)
- Mel Bruks (Mel Brooks)
- Oliver Stone
- Aaaron Spelling (Beverly Hills 90210)
- Neil Simon (“The Odd Couple” filmi)
- Andrew Vaina (Rambo 1/2/3)
- Michael Mann (“Starsky & Hutch” serialı)
- Miloş Forman (Milos Forman)
- Douglas Fairbanks (“Bağdad oğrusu” filmi)
- Ivan Reitman (“Ghostbusters” filmi)
- Kohen qardaşlar
- Uilyam Uayler (William Wyler)
- Vilyam Ceyms Sidis (William James Sidis)
Bəs, yəhudilər nə üçün bu qədər güclüdürlər?
Cavabı isə çox sadədir: Hər uşağa və hər gəncə keyfiyyətli təhsil verirlər...
Bu təhsil sistemi araşdırmalara əsaslanan, əzbərə meylli olmayan və yaradıcı sistemdir.
Bəs, müsəlmanlar niyə bu qədər gücsüzdür?
Düzgün təhsil sistemindən istifadə etmədikləri və inkişafa faydası olmayan sistemi tətbiq etdikləri üçün.
Halbuki planetimizdə 1 476 233 470 müsəlman yaşamaqdadır.
Yəni, dünya əhalisindən hər 5 nəfərdən 1 – i müsəlmandır.
İslam Konfransı Təşkilatının 57 üzvü var və bu ölkələrin hamısında təkcə 500 universitet fəaliyyət göstərir. Yəni, universitet üzrə 3 milyon müsəlman düşür. Başqa sözlə desək, 3 milyon insan üçün bir universitet qurulmuşdur.
Ancaq təkcə Amerikada 5 min 758 universitet vardır.
Oxuma-yazma faizi də aşağıdır
UNDP tərəfindən əldə edilən məlumatlara görə, xristian dünyasında oxuma-yazma bilənlərin göstəricisi 89% - dir. Bunların ən az 98% - i isə ibtidai sinif məzunudur və 100 nəfərdən 40 – ı universitet bitirmişdir.
Müsəlman ölkələrdə isə vəziyyət tam əksidir. 100 nəfərdən təkcə 40 – ı oxuma-yazma bilir və hər kəsin oxuma-yazma bildiyi tək bir müsəlman ölkəsi belə yoxdur. Bunlardan 50% - i ibtidai sinif məzunudur və təkcə 2% - i universiteti bitirmişdir.
Elm adamlarının sayı da azdır
Amerikada elm adamlarının sayı 4000, Yaponiyada 5000 – dir. Müsəlmanların əksəriyyət təşkil etdiyi 57 ölkədəki elm adamlarının cəmi sayı təkcə 230 nəfərdir. Hər bir milyon müsəlmana təkcə 1 elm adamı düşür.
Nəticədə İslam dünyası yeni kəşflər edə bilmir.
Bununla yanaşı dünyanın kəşf etdiyi məlumatları öz potensiallarına görə öyrətməkdə də uğurlu deyillər.
Bunun sübutu isə qabaqcıl texnologiya üzrə ixracat göstəricilərində əks olunur. Belə ki, Pakistanın dünya üzrə qabaqcıl texnologiya ixracatındakı payı 1% - dir. Səudiyyə Ərəbistanı, Küveyt, Fəs, Əlcəzairin isə 0.3% - dir.
Xristian Sinqapurda isə bu göstərici 58% təşkil edir.
Mal və xidmət istehsalı
İspaniyada 1 trilyon dollardan artıqdır. Katolik Polşa 489 milyard dollarlıq mal və xidmət istehsalı həyata keçirir. Buddist Tayland 545 milyard dollar dəyərində mal və xidmət istehsal edir.
Əksəriyyətinin müsəlmanlardan ibarət olduğu 57 ölkənin ÜDM göstəricisi 2 trilyon dollardan azdır.
Müəllif: Dr. Faruk Saleem, İslamabad, Pakistan
Həmçinin oxu: Dünyanı dəyişdirən 10 iqtisadçı
Tamara Mustafayeva, Banco.az