ABŞ-ın energetika naziri Rick Perry, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih ilə Səudiyyə Ərəbistanının Zahran şəhərində görüşüb.
Səudiyyə Ərəbistanının neft naziri Falih "Twitter" hesabında verdiyi açıqlamada, neft bazarındakı prosesləri müzakirə etdiklərini qeyd edib.
Ölkəsinin bazarlarda sabitliyin davam etməsi məsələsində qərarlı olduğuna işarə edən Falih, görüşdə Səudiyyə Ərəbistanının karbon emissiyalarını azaltmaq üçün texnologiyalarını inkişaf etdirməsini və enerji səmərəliliyi mövzusundakı səyləri ilə iki ölkə arasında texniki sahələrdə əməkdaşlıq imkanlarını da müzakirə etdiklərini bildirib.
Falih keçən həftə, OPEC-in hasilatı azaltmaq üçün heç kimdən icazə almağa ehtiyacı olmadığını, ABŞ-ın sözügedən təşkilata diktə etmək hüququ olmadığını söyləmişdi.
ABŞ Prezidenti Donald Trampın, "neft istehsalının gələn il azaldılmaması" çağırışına baxmayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən 5-ci OPEC və OPEC-ə üzv olmayan ölkələrin iclasında hasilatın gündəlik 1 milyon 200 min barrel azaldılmasına qərar verilib.
Dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanı, 500 min barellə OPEC üzvü olan ölkələr arasında ən çox hasilatını azaldan ölkə olacaq.
Müqavilə 2019-un Yanvar ayından etibarən 6 ay müddətinə tətbiq olunacaq. İran, Liviya və Venesuela müqavilədən azad edilib.
marja.az