Web developer
“Bank Respublika” ASC “Web developer” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
- İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
- Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
- Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
- Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Namizədə qarşı tələblər:
- PHP, JavaScript, HTML, CSS üzrə minimum 1 il iş təcrübəsi;
- Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
- Texniki-riyazi düşünmə bacarığı;
- Yeni texnologiyalara yiyələnmək həvəsi;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı.
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Rəqabətli əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Web developer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
- Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
- Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.