ÇPY/TMM üzrə mütəxəssis/aparıcı mütəxəssis
“Ziraat Bank Azərbaycan” ASC
ÇPY/TMM üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
• ÇPY/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
• FATCA/CRS ilə bağlı milli və beynəlxalq qanunvericilik barədə məlumatlara malik olmaq;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi;
• Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
• CAMS sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Əsas vəzifələr:
• Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
• Vergilər Nazirliyinə təqdim edilən hesabatların hazırlanıb ötürülməsi;
• Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;
• Müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
• Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
• Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
• Müntəzəm olaraq bank əməkdaşları üçün ÇPY/TMM və FATCA/CRS təlimlərini keçmək;
• Bankda ÇPY/TMM mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak.
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində ÇPY/TMM qeyd etməyiniz vacibdir.