Neft kəskin bahalaşdı - SƏBƏB | Banco.az

Neft kəskin bahalaşdı - SƏBƏB

Həftənin ilk iş günü neft qiymətləri kəskin yüksəlib.

Brent nefti 5%-ə yaxın bahalaşaraq 62,35 dolları, ABŞ xam nefti isə 5,1% bahalaşaraq 53,65 dolları görüb (Saat 07:00-a olan məlumat). Ötən həftə Brent neftinin qiyməti 58 dollar, ABŞ xam neftinin qiyməti 49 dollar səviyyələrinə düşümüşdü.

ABŞ və Çinin "ticarət müharibəsini" təxirə salmaları ilə əlaqədar olaraq neftin qiymətləri qalxır. Belə ki, ABŞ və Çin 90 günlük "atəşkəs" barədə razılığa gəliblər. Çin və Birləşmiş Ştatlar ən azı 90 gün ərzində bir-birlərinə əlavə ticarət tarifləri tətbiq etməyəcəklər. "Ticarət müharibəsi"nin şiddətlənməsi dünya iqtisadiyyatında durğunluq yarada və neftə təlabat azala bilərdi. "Atəşkəs"in elan olunması bu ehtimalı zəiflədir.

Ən sərfəli kredit üçün müraciət et

Marja.az