Xarici valyutada olan kreditlərə güzəştin necə tətbiq olunması haqqında EKSPERT RƏYİ | Banco.az

Xarici valyutada olan kreditlərə güzəştin necə tətbiq olunması haqqında EKSPERT RƏYİ

Xarici valyutada olan kreditlərə güzəşt necə tətbiq oluna bilər? Bu haqda tanınmış iqtisadçı ekspert Vüqar Bayramov öz fikirllərini bölüşüb.  

Banco.az xəbər verir ki, 2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğlərinin həcminin azaldığını nəzərə alsaq, fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Yəni, 2015-ci ildə 3 tərəfli güzəşt mexanizmi aktual idisə indi 2 tərəfli yanaşma daha uyğundur. Çünki daha əvvəl təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödənişlər ediblər. Nümunə üçün: 1 dollar 0.78 manat məzənnəsi ilə 30 faizlə 10 000 min dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə, devalvasiyalardan sonra bu rəqəm 22 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edilən zaman Mərkəzi Bank sözügedən kredit üzrə 11 960 manatı qarşılayır, kredit borcu olan isə 10 140 manat öhdəliyini yerinə yetirir.

Ən sərfəli kredit üçün müraciət et