Nəhəng bank neftin ucuzlaşacağını gözləyir - PROQNOZ | Banco.az

Nəhəng bank neftin ucuzlaşacağını gözləyir - PROQNOZ

ABŞ-ın qlobal investisiya bankı "JP Morgan" (Cİ-pi Morqan) gələn il üçün orta hesabla Brent nefti qiymət proqnozunu 83.50 dollardan 73 dollara endirib.

Bank Şimali Amerikada neft hasilatının artıracağını gözləyir. Bu səbəbdən proqnozlar dəyişdirilib. Qurum, neftin 2020-ci ildə isə 64 dollar səviyyələrində olacağını gözləyir.

Brent neftin barrel qiyməti bu gün 61 dollar, Qərbi Texas neftin qiyməti isə 52 dollar səviyyələrini görüb.

Bazarlar 6 Dekabrda keçiriləcək OPEC toplantısına fokuslanıb. Mütəxəssislər gələn il neftin qiymətlərində sabitləşmə olması üçün OPEC-in gündəlik hasilatı 1.2 milyon barel azaltması lazım olduğunu bildirirlər.

Neft qiymətləri, təklifin tələbi aşacağına görə, Oktyabrın əvvəlindən bu yana 30% düşüb.

Marja.az