6 Noyabr 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AG Bank” ASC-nin qiymətli kağızları BFB-də listinqə daxil edilmişdir:
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri |
Q/k-ın ilkin ticarət qiyməti |
1 |
AZ1001000970 |
Sənədsiz adlı adi səhm |
2 900 000 (ədəd) |
13.11.2018 - 22.11.2018 |
2.00 AZN |
Səhmlərin yerləşdirməsi üzrə anderayter “Uni Capital İnvestisiya şirkəti” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.