Bank of Baku və Step IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalandı! | Banco.az

Bank of Baku və Step IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalandı!

Öz fəaliyyət sahəsində gətirdiyi yenilikləri ilə daim öndə olan Bank of Baku STEP IT Academy ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.

Bank of Baku-nun İdarə Heyətinin Sədri Eldar Həmidov və STEP IT Academy-nin direktoru Aleksey Sleptsov tərəfindən imzalanan memoranduma əsasən akademiyanın istedadlı məzunlarına Bank of Baku-nun peşəkar iş mühitində çalışmaqla öz bilik və bacarıqlarını artırmaları üçün imkan yaradılacaq və bank sektorundakı yenilikçi layihələrin işlənib hazırlanmasında onların birbaşa iştirakı təmin olunacaqdır.

Qarşılıqlı əməkdaşlıq nəticəsində, həmçinin bankın işçiləri də Akademiyanın kurslarından faydalana biləcəklər.

Qeyd edək ki, Step IT Academy, 3 əsas - kompüter qrafikası və dizayn, proqramlaşdırma, şəbəkələr və kibertəhlükəsizlik istiqamətləri üzrə  mütəxəssislər hazırlayan beynəlxalq təhsil müəssisəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə vurğulamaq lazımdır ki, Bank of Baku və Step IT Academy arasında başlanan əməkdaşlıq çərçivəsində bu sahədə maraqlı olan şəxslər üçün müxtəlif seminar və görüşlərin təşkili də nəzərdə tutulub.

Bank of Baku-nun fəaliyyətindəki yeniliklər, xidmət və məhsulları ilə bağlı icra etdiyi kampaniyalar haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku