Kapital Bank-ın 2018-2020-ci il üçün olan strateji hədəfləri nələrdir? | Banco.az

Kapital Bank-ın 2018-2020-ci il üçün olan strateji hədəfləri nələrdir?

Banco.az xəbər verir ki, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev 2018-2020-ci il üçün olan strateji hədəflər haqqında danışıb.

  • Qeyd edim ki, ötən il Kapital Bank-ın 2014-2017-ci illər üçün nəzərdə tutulan strategiya planının icrası sona çatdı və qarşımıza qoyulan bütün hədəfləri yüksək nəticə ilə başa vurmağa müvəffəq olduq.  Hazırda növbəti 2018-2020-ci illəri əhatə edəcək inkişaf planının həyata keçirilməsinə başlanıb və artıq müəyyən işlər yerinə yetirilib. Yeni strateji hədəflərimiz üçün ən prioritet olanlardan biri xidmətlərimizin rəqəmsallaşmasıdır. Azərbaycanda bir sıra xidmətlərin rəqəmsallaşması və nağdsız ödənişlərə keçid prosesi sürətlə inkişaf edir. Təbii ki, bank sektoru da bu tendensiyadan geri qalmır. Ölkə banklarının əksəriyyəti bir sıra xidmətləri internet üzərindən yerinə yetirməyi müştərilərə təklif edir. Kapital Bank olaraq bizim də bu sahədə bir sıra innovativ məhsullarımız var. Bu il biz bazara öz yeni BirBank tətbiqimizi təqdim etdik. Məşhur “Gözləmə” reklam konsepsiyası ilə təqdim olunan yeni tətbiq sayəsində istifadəçilər bir sıra innovativ əməliyyatları onlayn qaydada həyata keçirə bilirlər. Bu tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatların və hesaba bağlı bonusların idarə edilməsi və s. Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür. Hazırda 300 000-ə yaxın BirBank istifadəçisi var ki, bu da Azərbaycan üzrə ən yüksək nəticələrdən hesab olunur.  ​​

Qeyd edim ki, Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş növünü müştərilərin ixtiyarına verdik. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək mümkündür. Yaxın gələcəkdə BirKart partnyorları ilə yanaşı digər mağazalarda da belə ödəniş növləri keçərli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə bank xidmətlərinin rəqəmsallaşması ilə bağlı layihələrimiz çoxdur. Rəqəmsal bankçılığa keçid — ən mühüm hədəfimizdir. Hazırda biz biznes proseslərin rəqəmsallaşmasına keçidlə bağlı ciddi işlər görürük. Bunun nəticəsində müştərilər bir sıra bank əməliyyatlarını bütün filiallarımızda daha tez və sərbəst şəkildə həyata keçirə biləcəklər. Belə layihələrdən ən mühümü tam rəqəmsal filialın açılışıdır. Yaxın zamanlarda ilk filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik. Bunun nəticəsində 20-dən artıq əsas biznes proses optimallaşıb. Rəqəmsal filialda müştərilərə avtomatlaşdırılmış terminallar xidmət göstərəcək. Misal üçün, kredit və ya BirKart almaq istəyən müştəri həmin filiala müraciət edib, adlı kartı və ya krediti dərhal əldə edə biləcək. Bundan başqa rəqəmsal filialda müştərilər, ödəniş kartının sifarişi, pul köçürməsi əməliyyatı, əmanət hesabının və ya cari hesabın artırılıb və azaldıla bilməsi, səfirliyə məktubların təqdim edilməsi kimi xidmətlərdən daha tez və sərbəst şəkildə faydalana biləcəklər.