Azərbaycan 2 dövlətə verdiyi borcdan 69 milyon manat alacaq | Banco.az

Azərbaycan 2 dövlətə verdiyi borcdan 69 milyon manat alacaq

2019-cu ildə Azərbaycan Serbiyaya verilmiş kredit üzrə 66 mln. 860 min manat, Gürcüstana verilmiş kredit üzrə isə 2 mln. 288 min manat əldə edəcək. Bu barədə Hesablama Palatası məlumat verib.

“2019-cu ilin dövlət büdcəsində Serbiya və Gürcüstana verilmiş kreditlər üzrə daxilolmalar 69 mln. 148 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il üçün nəzərdə tutulan göstəricidən 0,9% çoxdur. Serbiyadan daxilolmalar 66 mln. 860 min manat, Gürcüstandan daxilolmalar 2 mln. 288 min manat məbləğində proqnozlaşdırılır", - deyə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Daxilolmaların artması Serbiya və Gürcüstan tərəfindən kredit üzrə ödənişlərin cüzi artımı ilə əlaqədardır.

Xəbər verildiyi kimi, 2 fevral 2012-ci il tarixində Azərbaycan və Serbiya arasında saziş imzalanıb. Həmin sazişə əsasən, Azərbaycan tərəfi Serbiya və Makedoniya arasında “11-ci Dəhliz” Liq-Prelina avtomobil yolunun bir hissəsinin tikintisinə 300 mln. avro həcmində kredit ayırıb.

fed/az